Bloq:
Müəllif: Elçin Rüstmov
Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra dəyərli millət vəkillərimizdən biri ilə iki il əvvəl söhbətim zamanı mən bunu demişdim:
“Paşinyan bizim Qarabağa giriş biletimiz olacaq. Biz torpaqlarımızın hərbi yolla azad etməyə başlamalıyıq və əmin olun ki, müharibə olsa Rusiya buna qarışmayacaq”.
Niyə, çünki Putinin Corc Sorosun dəstəyi ilə hakimiyyətə gətirilən bütün şəxslərə qarşı necə deyərlər bir növ “allergiyası” var.
Soros Ermənistanda olduğu kimi mitinq və küçə iğtişaşları ilə Gürcüstan və Ukraynada da hakimiyyətə ona bağlı insanları gətirdikdən qısa zaman sonra, Putin Şimali Osetiya və Abxaziya eyniylə də Kırımın alınması üçün bir növ cəzalandırma xarakterli hərbi əməliyyatlara başladı və adları çəkilən torpaq parçaları müvafiq olaraq ölkələrədən ayrıldı.
Erməsintanın cəzalandırılmasını isə Azərbaycandan gözləyirdi. Paşinyanın atəşkəsi pozmasına təhrikdən sonra Putinin səssizliyini mən şüuraltı qisasalma siyasəti kimi qiymətləndirirəm. Düşünürəm bu müharibənin başlanmasını Putin özü gözləyirdi, zənnimcə müharibənin başlaması xəbərinə Putinin ilk reaksiya sözü “Наконецто” olub. Eyniylə digər dövlətlərin bu məsələyə müdaxiləsi olmasa inanır və ümid edirəm ki, biz qısa müddətdə, yəni, Dağlıq Qarabağ bölgəsində sərt qış mövsümü başlamadan öncə torpaqlarımızı azad edə biləcəyik. Eyni zamanda belə döyüş şəraitində biz bütün pafos və göstərişlərdən kənar həqiqi dost olan və dost görünmək üçün siyasi maskaya bürünmüş dövlətləri tanıyırıq. Fransa və onun kimi bir çox ölkənin terrorist ölkəyə açıq dəstək verməyi bizim üçün çox da təəccüb doğurmur. Bildiyiniz kimi, ermənilərin və erməni lobbiçiliyinin fəaliyyəti Fransa kimi ölkələrdə çox güclüdür, və təbii ki, Makron prezident seçkiləri yaxınlaşdıqca bu səsləri itirməmək üçün hətta Fransa Dövləti tərəfindən 1991 ci ildə rəsmən tanınan Azərbaycan Respublikası sərhədlərini və ərazi bütövlüyünü görməməzlikdən gələcək. Azərbaycanda vətəndaşların haqlına razılıq və qəzəbinə səbəb olan əsasən İran və onun kimi bəzi müsəlman ölkələrinin işğalçı rejimə dəstək verməsidir. Mən bunu hər zaman qeyd etmişəm ki mənim zənnimdə “fars erməninin müsəlman versiyasıdır”, və düzünü desəm İranın Ermənistana olan dəstəyi məni qəti təəccübləndirmədi.
Rusiyanın təkidi ilə atəşkəs imzalansa da, əmin olun ki o atəşkəs kağız üzərindədə qalacaq, əksinə cənab prezidentin qeyd etdiyi kimi Ermənistan bu atəşkəsdən güc toplamaq üçün istifadə edəcək. Eyni zamanda özü atəşkəsi pozmasına rəğmən Azərbaycan tərəfinin bunu etdiyinə dünya mediasını inandırmağa çalışacaq. Cənablar unutmayın ki biz şəfərli millətlə müharibə etmirik, ermənilərlə edirik.
Əsas narahatlıq yaradıcı səbəb isə, Ermənistanın dinc yaşayış məntəqələrini və ayrı-ayrı kənd və qəsəbələrizi ağır artileriyadanatəşə tutmasıdır. Bilirsiniz, bir millətdəki şərəf kodeksi deyən bir anlayış yoxdur o millətdən istənilən ləyaqətsizliyi gözləyə bilərsiniz. Ermənilər millət olaraq belə formalaşmayıb, mən daim onları insan sürüsü olaraq adlandırıram. Dinc əhalinin atəşə tutulması müharibə cinayətidir və Cenevrə konvensiyası daxil bütün beynəlxalq müstəvidə qəbul edilmiş konvensiya və qərarlara tamamilə ziddir. Ancaq bir neçə tərəfdaş dövlət xaricində buna reaksiya göstərən çox az dövlət var. İnanın beləcinayətə belə səs çıxarmayan dövlətlərdən və ATƏT-in Minsk Qrupuna daxil həmsədr ölkələrdən Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe göstərməyi gözləmək sadəcə sadəlövhlük olardı. Aydın məsələdir ki, Ermənistan Azərbaycanın onun ərazisinə cavab zərbəsi endirməyini və bununla da üçüncü tərəfləri xüsusi ilə də Rusiyanı gedən döyüş əməliyyatlarına cəlb etmək istəyir. Bunun üçün əlindən gələn nə varsa hər şeyi edəcək, hətta ən rəzil addımları belə atmaqdan çəkinməyəcək. Buna hazırlıqlı olmalıyıq, Allah insanın qarşısına düşmənin də şərəflisini çıxarsın.