2 C
Baku
Saturday, December 14, 2024

Putinin həbsi üçün İnterpola müraciət olunacaq

“Beynəlxalq Cinayət Məhkəməsi tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edərək Vladimir Putinin həbsinə dair orderin icrasını xahiş edəcək”.

Bunu Almaniyanın ədliyyə naziri Marko Buşman deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Almaniyaya səfər edəcəyi təqdirdə bu ölkənin müvafiq qurumu onu həbs etməyə məcbur olacaq.

“Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tezliklə İnterpola, eləcə də iştirakçı dövlətlərə müraciət edərək Vladimir Putinin həbsinə dair orderin icrasını xahiş edəcək. Belə olan halda Putin Almaniya ərazisinə daxil olarsa, onu həbs edib BCM-ə təhvil verməyə borclu olacayıq”, – deyə Buşman bildirib.

Son xəbərlər
Digər xəbərlər