17 C
Baku
Friday, October 18, 2024

Putinin iyunun 29-da Priqojinlə görüşünün bəzi detalları açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin və digər “Vaqner”çilərlə görüşünün bəzi təfərrüatlarını açıqlayıb.

Putin həmin görüşdə “Vaqner”çilərin döyüş meydanında etdiklərini qiymətləndirdiyini söyləyib.

“Bir tərəfdən görüşdə onların döyüş meydanında etdiklərinə, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərinə qiymət verdim. Üçüncüsü, onların gələcək xidmətlərinin mümkün variantları barədə dedim”, – deyə “Kommersant” Putindən sitat gətirib.

Nəşrin müxbiri Andrey Kolesnikovun yazdığına görə, daha sonra Vladimir Putin həmin görüşdən bir tarixçəni paylaşıb.

O, həmin görüşdə 35 nəfərin olduğu “Vaqner” komandirlərinə bir neçə iş variantını, o cümlədən birbaşa Sedoy ləqəbli komandirinin rəhbərliyi altında işləməyi təklif edib.

“Onların hamısı bir yerə toplaşa və xidmət etməyə davam edə bilərdilər. Onlar üçün heç nə dəyişmiyəcəkdi. Onlara bütün bu müddət ərzində real komandirləri olduğu eyni şəxs rəhbərlik edəcəkdi. Mən bunu deyəndə çoxları başını tərpətdi, qabaqda oturub bunu görməyən Priqojin dinlədikdən sonra dedi: “Yox, uşaqlar bu qərarla razı deyillər”,-“Kommersant” Putindən sitat gətirib.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər