Moldova hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə ölkənin Baş naziri Dorin Reçan məlumat verib.
Reçan bildirib ki, Putin Moldovaya buraxılmayacaq Rusiya rəsmiləri siyahısındadır.
Baş nazir qeyd edib ki, bu, açıq siyahı deyil və müvafiq orqanlarda saxlanılır:
“Bu, kifayət qədər uzun siyahıdır, oraya Rusiya lideri də daxildir”.
Bildirilib ki, siyahı lazımi vaxtda ictimaiyyətə açıqlanacaq.