Putinin müşaviri Rusiyanın iri sığorta şirkətlərindən birinə rəhbərlik edəcək

Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Ustinov yaxın vaxtlarda Rusiya ən nəhəng sığorta şirkətlərindən biri olan SOGAZ-ın rəhbəri təyin oluna bilər. Bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşr yazır ki, A. Ustinov artıq Mərkəzi Bankın rəhbərliyinə təqdim olunub: “Bundan başqa, o, SOGAZ-ın iri müştəriləri ilə də danışıqlar aparıb”.

Sığorta şirkətinin hazırkı rəhbəri Sergey İvanovun Rusiyanın iri banklarından biri olan “Sberbank”ın vitse-prezidenti olacağı gözlənilir.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər