“Heç bir təhdid, yaxud təbliğat Ukraynanın bu müharibədə qalib gəlməsinin qarşısını ala bilməyəcək”.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uels deyib.
Nazir hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi müharibənin onun üçün uğursuz olmasının etirafıdır.
B.Uels xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir Rusiyada səfərbərlik elan edilib: “10 minlərlə Rusiya vətəndaşının ölümündə günahkar Prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqudur”.
Qeyd edək ki, V.Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ehtiyatda olan 300 minədək hərbçi orduya çağırılacaq.