Rusiya prezidenti Vladimir Putinin saytı gün ərzində yüzlərlə haker hücumuna məruz qalır.
NBC-yə istinadən xəbərə görə, bu bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
O bildirib ki, hücumlar əsasən ABŞ, Çin, Hindistan və Avropa ölkələrindən həyata keçirilir. Bütün bunlara baxmayaraq, rəsmi Moskva adı çəkilən ölkələrin rəhbərliyini kiberhücumların təşkilində ittiham etmir.