Putinin Türkiyə səfəri ilə bağlı açıqlama

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri gündəmdədir, lakin hələlik dəqiq tarix yoxdur.

Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Səfər gündəmdədir. Lakin tarix bilinmir”, – Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.

O, Rusiya tərəfinin türk tərəfdaşları ilə təmasda olduğunu vurğulayıb: “Ancaq hələlik dəqiq tarix yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”.

Son xəbərlər
Digər xəbərlər