8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Putinin xidməti avtomobilini istehsal edən zavodun azərbaycanlı baş direktoru işdən çıxıb

Adil Şirinov “Aurus”un baş direktoru vəzifəsindən gedib.

Bu barədə “Aurus” şirkəti məlumat yayıb.

Bildirilib ki, avtomobil şirkətinin rəhbəri vəzifəsinin müvəqqəti icrası “Aurus” icraçı direktoru olan Nikolay Xodoseviçə tapşırılıb.

Qeyd edək ki, “Aurus” zavodu Rusiya Prezidenti və hökumətinin üzvləri üçün avtomobil istehsal edir.

 

 

Mənbə:Apa.az
Son xəbərlər
Oxşar xəbərlər