16 C
Baku
Friday, April 19, 2024

Putinin yubileyinə həsr olunan “iPhone X” buraxılacaq

Rusiyanın “Caviar” şirkəti Rusiya prezidenti Vladimir Putinin doğum günü münasibətilə “iPhone X” smartfonunun modifikasiya edilmiş variantını buraxmağa hazırlaşır.

“Riafan.ru” saytına istinadən verdiyi məlumata görə, şirkət “iPhone 8” və “8 Plus” smartfonlarının variantlarını da təqdim edəcək.

“Biz prezidentin doğum gününü qeyd etməyə hazırlaşırıq. Ancaq fikirlərimiz artıq gələcəyə köklənib: Putin hansı qərarı qəbul edəcək, növbəti seçkilərə gedəcəkmi?” – deyə “Caviar” rəsmiləri bildiriblər. Şirkətdən qeyd ediblər ki, bu sualı hazırda bütün dünyada verirlər. Prezidentinin portreti əks olunmuş “Putin 2018” smartfon kolleksiyası ilə “Caviar” ölkə başçısının seçkidə iştirakı məsələsinə öz münasibətini ortaya qoyur.

Smartfon zoğalı rəngdə olacaq və üzərində Vladimir Putinin qızılı profili əks ediləcək. Cihazın qiyməti hələlik açıqlanmır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 1952-ci ilin oktyabrın 7-də doğulub. Bu il onun 65 yaşı tamam olur.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər