24 C
Baku
Sunday, August 14, 2022

Putinlə Lukaşenkonun görüşünün gündəliyi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında görüşün gündəliyi açıqlanıb.

Belarusun xarici işlər naziri Vladimir Makey mətbuat konfransında bildirib ki, iki ölkə liderləri təhlükəsizlik sahəsindəki durum, iqtisadi əməkdaşlıq, Qərb ölkələrinin saksiyalarına qarşı birgə mübarizə və digər məsələləri müzakirə edəcəklər.

“Əslində həmişə olduğu kimi, bu dəfə bütün mövzular müzakirə oluna bilər”, – nazir vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Kreml yaxın vaxtlarda V.Putinlə A.Lukaşenko arasında görüşün olacağını açıqlamışdı. Görüşün dəqiq tarixi isə hələlik məlum deyil.

Son xəbərlər
Oxşar xəbərlər