25 C
Baku
Saturday, July 27, 2024

Putinlə Makron telefonla danışıb

Fransa Prezidenti Emmanuel Makron Rusiya dövlət başçısı Vladimir Putinə zəng edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı prezidentlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının “Zaporojye” AES-ə ən qısa zamanda göndərilməsinin vacibliyini qeyd ediblər. Rusiya Prezidenti isə öz növbəsində bu missiyaya kömək etməyə hazır olduğunu bildirib.

Bundan başqa, iki ölkənin liderləri İstanbulda imzalanmış Ukrayna taxılının ixracına dair sazişi müzakirə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər