Putinlə Şimali Koreya lideri görüşü başladı

0

Vladivostokda Rusiya prezidenti Vladimir Putin və KXDR lideri arasında danışıqlara start verilib. Putin və In əvvəl təkbətək görüş keçirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Putin Kim Çen Inı ali vəzifəyə yenidən seçilməsi münasibətilə təbirk edib və onunla görüşməyə şad olduğunu bildirib. Rusiya prezidenti bu görüşün ikitərəfli münasibətlərin inkişafına vəsilə olacağına və Koreya yarımadasında nüvə probleminin müsbət şəkildə həllini tapacağına ümid etdiyini bildirib.

Putin Kim Çen Inın ABŞ-la dialoqu normallaşdırmaq cəhdlərini təqdir edib.

Öz növbəsində KXDR lideri Koreya yarımadasındakı vəziyyətlə bağlı Vladimir Putinlə məhsuldar fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib.

Təkbətək görüşdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş formatlı danışıqlar keçiriləcək.