Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparacaq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu gün Putinin bir neçə beynəlxalq telefon danışığı var. Onlardan biri artıq Ankaradakı həmkarlarımız tərəfindən açıqlanıb, bu, Ərdoğanla söhbət olacaq, biz bunu təsdiq edirik”, – deyə Peskov qeyd edib.