18 C
Baku
Saturday, October 11, 2025

“Putinlə apardığım söhbətdən çox məyus oldum”

“Rusiya Prezidenti Vladimir Putinlə apardığım söhbətdən çox məyus oldum”.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Putinlə telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəs istiqamətində heç bir irəliləyiş əldə etməyib və Rusiya lideri Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil:

“Danışıq zamanı heç bir irəliləyiş əldə etmədim. Onun dayanmaq istəmədiyini düşünürəm və bu, çox pisdir. Bir çox məsələləri müzakirə etdik, o cümlədən İran barəsində də danışdıq. Amma mən bu gedişatdan məmnun deyiləm”.

Tramp, həmçinin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağı planlaşdırdığını da bildirib.

Son xəbərlər
Digər xəbərlər