Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Alyaskada keçirilən Rusiya-Amerika sammiti ilə bağlı fikirlərini bildirib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti İstanbulda Ukrayna nümayəndələri ilə danışıqların aparılmasında Türkiyənin göstərdiyi yardımı da xatırlayıb.
Liderlər ticarət və investisiyaların inkişafını da müzakirə ediblər.