Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan sentyabrın 4-də Soçidə görüşəcəklər.
Bu barədə Rusiya teleqram kanalları “Habertürk” telekanalına istinadən məlumat yayıblar.
Məlumatda Ərdoğan və Putinin sentyabrın 4-də Soçidə danışıqlar aparacaqları qeyd olunub.
Qeyd edək ki, dünən Kremlin sözçüsü Dmitri Peskov Putin-Ərdoğan görüşünün tezliklə baş tutacağını, lakin görüşün harada və nə vaxt keçiriləcəyini açıqlamayıb.