Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.
Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixində Minskdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.
“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual mövzular da nəzərdən keçirilib.
Rusiya-Belarus strateji tərəfdaşlığı və müttəfiqliyini dərinləşdirmək üçün sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiqlənib”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub.