Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı Yaxın Şərqdəki cari hadisələrin inkişafı, o cümlədən ABŞ prezidentinin Qəzza zolağında normallaşma planı ətraflı müzakirə edilib.
Putin Rusiyanın Fələstin məsələsinin tanınmış beynəlxalq hüquqi baza əsasında hərtərəfli həllinin tərəfdarı olan dəyişməz mövqeyini bir daha təsdiqləyib.
Telefon danışığı zamanı digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xüsusilə, İranın nüvə proqramı ətrafında vəziyyətin danışıqlar yolu ilə həlli yollarının tapılmasına və Suriyada sabitliyin daha da artırılmasına maraq ifadə olunub.