Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın telefon danışığında Tehranın Vaşinqtonla danışıqlara qayıtması istisna etməyiblər.
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.
Diplomat xatırladıb ki, İsrail iyunun 15-nə planlaşdırılan danışıqların növbəti raundu ərəfəsində sözün əsl mənasında zərbələr endirib.
“Donald Tramp da öz növbəsində vəziyyəti çox narahatedici kimi qiymətləndirib, bununla belə, İsrailin İrandakı hədəflərə endirdiyi zərbələrin effektivliyini etiraf etdi”, – Y.Uşakov söyləyib.
“Rusiya və Amerika prezidentlərinin mürəkkəb vəziyyətə baxmayaraq, İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etmələri xarakterikdir”, – Rusiya liderinin köməkçisi əlavə edib.