Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.
Görüş beş saatdan çox davam edib.
Məlumata görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.
Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “X” hesabında görüşün məhsuldar keçdiyini yazıb.
Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, “Affinity Partners” şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.







