32 C
Baku
Tuesday, July 16, 2024

“PwC” audit şirkəti bitkoində ilk ödəməsini qəbul edib

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitkoində ödəmə qəbul edib. Bu barədə şirkətin Honq-Konq ofisindən məlumat verilib.

Məlumatda həmçinin bildirilir ki, “PwC” bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək.

“Bu qərar şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin, aldığımız qərar, bitkoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək”, – deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.

Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuşers əməliyyatlarına başlayacaq. Hazırda bitkoinin qiyməti isə 11 300 dollara bərabərdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər