Banker.az saytı CNBC nəşrinə istinadən xəbər verir ki, “Oscar” mükafatının təqdim edilməsi zamanı münsiflərin verdikləri səslərin hesablanması ilə məşğul olan PricewaterhouseCoopers (PwC) şirkəti yol verdiyi səhvə görə üzr istəyib. Belə ki, beynəlxalq auditor şirkət “Ən yaxşı film” nominasiyasının qalibi olaraq “Moonlight” filminin əzəvinə səhvən “La-La Land” filmini elan edir.
Şirkətin bəyənatında hər iki filmdən, mükafatlandırma mərasiminin aparıcısından, həmçinin izləyicilərdən üzr istənilib. Belə ki, şirkət “Ən yaxşı film” nominasiyası üzrə qalib elan edildikdə yanlış kateqoriya üzrə zərfi təqdim edib.
Qeyd edək ki, “La-La Land” filmi “Oscar” zamanı 6, “Moonlight” isə 3 mükafat əldə edib.