Beynəlxalq audit şirkəti və “Böyük dördlük”ə (“Big four”) daxil olan “PwC”nin Azərbaycandakı törəməsi “PricewaterhouseCoopers Audit Azerbaijan” və ya “PraysvoterhausKupers Audit Azərbaycan” MMC-nin rəhbəri dəyişdirilib.
Banker.az-ın məlumatına əsasən, Shaukat Ali Shabbir Tapia şirkətə baş icraçı direktor təyin edilib.
O bu vəzifədə Michael Robert Aherni əvəzləyib. M.R.Ahren 2023-cü ilin yayından Azərbaycandakı şirkətə rəhbər təyin edilmişdi.
Xatırladaq ki, “PwC” 1995-ci ildən Azərbaycanda fəaliyyətdədir və 100 000 manat nizamnamə kapitalına malikdir.