28 C
Baku
Saturday, July 27, 2024

Qəbələdə kapitalı 10 manat olan şirkət 3 milyon manata yaşayış binası tikəcək

Qəbələ Rayon İcra Hakimiyyəti “AVS-Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 48 Mənzilli 1(bir) yaşayış binasının tikintisi nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği  2 milyon 881 min 288 manatdır.

Bildirək ki, “AVS-Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ Ş, C.Cabbarlı, ev 15A ünvanında fəaliyyət göstərir. “AVS-Təmir-Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Hacı Südef oğludur.

Son xəbərlər
Digər xəbərlər