27 C
Baku
Saturday, July 27, 2024

Qəhvə haqqında bilmədiyiniz maraqlı faktlar

Qəhvə – bütün dunyada sevilən möcüzəvi bir içkidir. Bir çoxları səhərlərini bir fincan qəhvə ilə başlayırlar. Bu içkinin ziyanı haqqında bir neçə mülahizələr irəli sürülüb. Qəhvə sümüklərdə kalsiumun miqdarını azaldır, ürək fəaliyyətinə mənfi təsir göstərir. Lakin onun bir sıra müsbət və xeyirli xüsusiyyətləri də var. 

Tədqiqatçılar qəhvə sevənlərin intihara daha az meyilli olduqlarını aşkar ediblər. Onlar arasında intihara cəhd riski kofeinin təsirinin sayəsində 50% qədər enib. Kofein orqanizmdə emosiyalarla bağlı olan serotoninin və dofaminin ifrazına təsir göstərir.

Sizə qəhvə haqqında bir neçə maraqlı məlumatları təqdim edirik:

1. Qəhvə yalnız tənbəlləri gümrahlaşdırır.

Tənbəllik etməyi sevənlər üçün qəhvə çox yaxşı bir stimuldur. Əməksevərlərə isə əksinə, tövsiyə görülmür. Çünki onlara qəhvə əks təsir göstərir. Psixoloq Jey Xoskinq bu nəticəyə siçanlar üzərində təcrübə apararaq gəlib. Kofeinin daha cəld olan siçanların fəallığını müəyyən dərəcədə azaltdığı müşahidə olunub.

Öncədən «tənbəllik» edən siçanlar isə, qəhvədən sonra daha fəal olublar.

Maraqlıdır ki, qəhvə qadınları kişilərdən daha çox gümrahlaşdırır. Bir neçə fincan qəhvədən sonra qadınlar daha fəal olurlar, kişilər isə, əksinə, daha yavaş işləməyə başlayırlar.

2 . Qəhvədən çay dəmləmək olar

Qəhvə ağacının yarpaqlarının dadı onun dənələrinin dadı qədər ləzzətlidir. Qəhvənin yarpaqlarından dəmlənən çay qəhvə qədər tünd olmasa da, zəngin dadı var. Qəhvədən çayın tərkibində daha az kofein və daha çox antioksidant var . Həmçinin tərkibində yüksək miqdarda olan birləşmələrin sayəsində ürək xəstəliklərinin və diabetin riskini azaldır.

3 . Qəhvəni sadəcə olaraq iyləmək olar

Məhz kofeinsiz yaşaya bilməyənlər , lakin hər hansı bir səbəbdən ötrü qəhvə qəbul edə bilməyənlər üçün «AeroShot» inqalyatoru icad olunmuşdu. O , ovçu gülləsi ölçüsündədir və plastik silindr kimi görünür. Hər belə bir cihazda 100 mq kofein var. Bu qəhvəyə və digər enerjili içkilərə kaloriyasız əvəzedicidir.

İnqalyatorda olan maddə altı-səkkiz dəfə iyləməyə kifayət edir.

4 . Kofeinin gündəlik təhlükəsiz miqdarı 400 mq təşkil edir

Hər bir insan maddələr mübadiləsindən asılı olaraq kofeinə fərqli reaksiya verir . Qəhvənin təhlükəsiz dozası hər kəs üçün individualdır və insanın fiziologiyasından və maddəni qəbul etmək xüsusiyyətindən asılıdır.

2003-ci ildə aparılmış tədqiqatlara əsasən sağlam orta yaşlı insan üçün kofeinin təhlükəsiz miqdarı 400 mq (təxminən 500 mq qəhvə) təşkil edir. Yüksək doza sağlamlıqla və əhval-ruhiyyə ilə problemlər əmələ gətirə bilər.

Xatırlatmaq lazımdır ki, hamilə qadınlar bu normanı iki dəfə azaltmalıdırlar. Çünki kofeinin yüksək dozası düşüşlərə səbəb ola bilər. Siqaret çəkənlər də daha az qəhvə qəbul etməlidirlər.

5 . Kofein sizə məsələlərə öz nəzəriyyə nöqtənizdən fərqlənən yeni baxış açısı qəbul etməyə kömək edəcək.

Kofeinin insan beyninə xüsusi bir təsiri var. Siz öncə razı olmadığınız məsələlərlə daha sonra razılaşa bilərsiniz. Kofein sizin digər insanların düşünmə məntiqini qəbul etmək bacarığınızı gücləndirir.

6 . Ən bahalı qəhvəni filin peynindən düzəldirlər.

Qəhvənin bu növünü “Qara tusk” adlandırırlar. Onu Taylandda hazırlayırlar. Qəhvənin toxumları ilə Taylanddakı filləri qidalandırırlar. Onların bağırsaqlarında toxumlar tamamilə həzm olunmur və peyinlə birlikdə orqanizmdən çıxırlar. Həzm etmə prosesinin və mədə şirəsinin təsirinin sayəsində dənələr ənənəvi acılıq tamı olmadan xüsusi zəngin və yumşaq dad əldə edirlər. Həmçinin toxumların dadına fillərin qidalandığı ərzaqlar da təsir göstərir. Məsələn, bananlar, şəkər qamışı və s. Orta hesabla toxumları həzm etmək üçün heyvana 15-30 saat gərəkdir.

Bu növ qəhvənin 1 kiloqramının qiyməti 1000 dollar təşkil edir. Əgər siz sadəcə olaraq onun dadına baxmaq istəyirsinizsə, onda bir fincan qəhvəyə 50 dollar ödəməli olacaqsınız. Belə bir qiymət fillərin qoruqlarda saxlamağın baha olması ilə əlaqəlidir. Bundan savayı filləri yalnız Taylandda 1500 m hündürlükdə yetişən arabica qəhvəsi ilə qidalandırırlar. Həmçinin 1 kq qəhvə toxumları istehsal etmək üçün fillər 32 kq-a yaxın qəhvə toxumları yeməlidirlər.

Son xəbərlər
Digər xəbərlər