1 C
Baku
Cümə, Yanvar 21, 2022

Qəhvə kəskin bahalaşdı

Nyu-York Fond Birjasında (NYSE) keçirilən son hərraclarda qəhvənin qiyməti son 7 ilin ən yüksək həddinə çatıb.

Buna səbəb Braziliyada havaların soyuması, hava hərarətinin mənfiyə enməsidir.

Belə ki, “arabika” növlü qəhvənin 1 funtunun (454 qram) qiyməti 2014-cü ildən bəri ilk dəfə 2 ABŞ dollarından baha satılıb. Qiymətlər son günlərdə 30%, ilin əvvəlinə nisbətən isə 60% bahalaşıb.

Ən böyük qəhvə istehsalçısı ölkə olan Braziliyada ötən il də son 100 ilin ən böyük quraqlığı baş verib. Bu il isə qeydə alınan şaxtalı havalar üzündən qarşıdakı 3-4 ildə məhsulun azalacağı gözlənilir.

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər