Qəlyan üçün hazırlanan tütünlər aksiz vergisinə cəlb edildi – Hər kiloqrama görə 30 manat

Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.