26 C
Baku
Saturday, July 27, 2024

Qənd, çay və düyünün qiyməti bahalaşdı

Marketlər şəbəkəsində 15 gün ərzində bir sıra ərzaq məhsullarının qiymətində artım müşahidə olunub.

Banker.az xəbər verir ki, qiymət artımı qənd, çay və düyünün qiymətində müşahidə olunub.

Belə ki, 1 iyul tarixinə satışı 1.85 AZN olan qənd ( azərşəkər 800 qr) hal-hazırda 1.95 AZN-dən satılır. Həmçinin 15 gün içində qiymət artımı olan məhsullar sırasında “çay” da var. Belə ki, 1 iyul tarixində çay (Champion qara çay 250 qr)  5.25 AZN-ə satılırdısa, hazırda marketlərdə çayın satışı 5.39 AZN-dən hesablanır. Marketlərdə 17.06 AZN-ə satılan düyünün isə ( Sultan Basmati 5 kg) hal-hazırda satış qiyməti 17.09 AZN təşkil edir.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər