27 C
Baku
Tuesday, May 28, 2024

“Qərbə güvənsək, xalqımız bizi bağışlamaz” – Lavrov

“Kollektiv Qərbə bizim artıq güvənməyə haqqımız yoxdur, bunu bizə tarix və xalqımız bağışlamaz”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O, dünyada çoxqütblülüyün aradan qalxdığını deyib.

“ABŞ və onunla həmfikir olan bəzi ölkələr də bu siyasi kursun təhlükəli olmasından xəbərdardır. Həmin qüvvələr bizim bu kiçik planetimizdə mehriban qonşuluq münasibətlərinin qorunması, çiyin-çiyinə yaşamaq siyasətinin alternativinin olmadığını anlamalıdır”, – Lavrov deyib.

O, ABŞ-ın minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrə hücum etdiyini xatırladıb.

“ABŞ qəfildən elə hesab etdi ki, Yuqoslaviya, İraq, Liviya təhlükə mənbəyidir. Hazırda adını çəkdiyim ölkələrin aqibəti göz önündədir və ABŞ tərəfindən həyata keçirilmiş hərbi əməliyyatların faciəvi nəticəsini görürük. Buna görə də biz kollektiv qərbə güvənməli deyilik, buna ixtiyarımız yoxdur. Biz ilk növbədə siyasi cəhətdən vacib olan sahələri və texnologiyaları inkişaf etdirməliyik, elə etməliyik ki, bu cəhətdən heç kimdən asılı olmayaq”, XİN rəhbəri əlavə edib.

Lavrov Ukraynadakı hərbi əməliyyatlar fonunda tətbiq olunan sanksiyaların Rusiyanın bəzi sahələrində çatışmazlıqları göstərdiyi vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər