10 C
Baku
Friday, October 25, 2024

Qərb “F-35”lərə keçidlə əlaqədar “F-16”ları Ukraynaya verə bilər

Qərb ölkələri “F-16” qırıcılarını Kiyevə ötürə bilər, çünki əksər ölkələr indi daha müasir “F-35” modellərinə keçir.

Bu fikirləri “F-35” proqramı meneceri Tom Börbec “Newsweek” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan sonra əvvəllər “F-35”ləri almağa cəsarət etməyən bir çox ölkələr indi fikirlərini dəyişiblər.

Bundan əvvəl Ağ evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya keçirmək niyyətindədir, lakin onlar hərbi əməliyyatların gedişatını dəyişməyəcək.

Son xəbərlər
Digər xəbərlər