-2 C
Baku
Friday, March 1, 2024

Qərb Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından 2.6% gəlir gözləyir

Avropa Komissiyası (AK) Rusiya Federasiyası Mərkəzi Bankına məxsus Qərbin dondurduğu aktivlərin investisiyasından 2,6% məbləğində gəlir əldə etmək imkanını nəzərdən keçirir.

Bu barədə “Politico” qəzetinin Avropa bölməsi AK sənədinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Avropa İttifaqı hesab edir ki, Rusiya Mərkəzi Bankının dondurulmuş 300 milyard dollarlıq ehtiyatlarının təxminən üçdə ikisi Yeddilik Qrupu, Aİ ölkələrində və Avstraliyadadır.

Qəzet xüsusilə qeyd edib ki, 191 milyard avro Belçikada, 21 milyard avro isə adı çəkilməyən başqa bir Aİ ölkəsindədir. Vurğulanıb ki, nisbətən qısa müddətə malik yüksək reytinqli likvid aktivlərə bu milyardlarla investisiya qoymaq, orta hesabla təxminən 2,6% olmaqla əhəmiyyətli illik gəlir əldə edə bilər.

Nəşr əlavə edib ki, Aİ ölkələrində potensial aktivlərin əldə edilməsi üzərində işləmək üçün ötən ay İşçi qrupu yaradılıb və qrup bu cür hərəkətlərin qanuniliyi ilə bağlı hüquqi, siyasi və iqtisadi sualların həlli ilə mşğul olacaq.

Son xəbərlər
Digər xəbərlər