Qəribə oğurluqlar

  •  
  •  
  •  
  •  

Bir neçə ton çimərlik qumu

Yamayka polisləri Coral Spring çimərliyindən yüzlərlə ton çimərlik qumunu oğurlamaqda şübhəli bilinən bir qrup soyğunçuları tutmağa çalışırdılar. Əsas şübhəlilər turistik sənayenin iştirakçıları hesab edilirdilər.

Yamayka mehmanxana komplekslərində quma yüksək tələbat var.

Otelin çimərliyində nə qədər çox qum olarsa, bir o qədər turistlərin gözlərində müəssisənin dəyəri və hörməti artır. Baş nazir Brüs Holdinq çimərlik qumunun oğurluğu barəsində rəsmi istintaqın aparıldığını və soyğuna məruz qalmış çimərlikdə qumun ekspertizasının aparılmasını bəyan etsə də soyğunçular hələ tapılmayıb.

10 tonluq polad körpü

Çexiyada soyğunçular ətraflı işlənilmiş plana riayət edərək 10 tonluq metaldan olan körpünü söküb naməlum istiqamətdə aparıblar. Maddi dəyərin ziyanı yüz min dollarla qiymətləndirilmişdi.

İstintaqda soyğunçuların Slavkova dəmir yolu şöbəsinə gələrək oranın əməkdaşlarına sənədləri təqdim edib və körpünün qəza şəraitində olduğunu və təcili olaraq demontaj olunmasına ehtiyyac olduğunu qeyd ediblər.

Müdriyyət sənədlərin saxta olduğuna fikir verməyib və işlərin aparılmasına icazə vermişdi. On tonluq körpünü və 200 metr uzunluğunda olan dəmir yolu budağını sökərək soyğunçular gizlənmişdilər.

Dələduzların müəssisəni tərk etdiklərindən bir müddət sonra dəmir yolu işçiləri nazirliyə işlərin keyfiyyətli və zamanında keçirilməsi barəsində məlumat verməyə qərar verirlər. Müdriyyət Praqada heç kəsin belə bir göstəriş vermədiyini və körpünün günün günorta çağında oğurlandığını öyrəndiyində dəhşətə gəlmişdi.

Evin qarşısındakı qazon

Deniz Tompsonun evinin qarşısında səliqəli şəkildə biçilmiş otlar ilə örtülən gözəl bir qazon var idi. Hər gün onun üzərində Denizin dörd uşağı və iki iti oynayırdılar. Missis Tompson burada istirahət etməyi sevirdi. Lakin günlərin bir günü qazon yoxa çıxır. Soyğunçular özlərindən sonra bir dənə də belə olsa dəlil buraxmamışdılar.

Tompson ailəsi səhər tezdən evdən çıxıb atalarını ziyarət etməyə getmişdilər. Evə arxa qapıdan daxil olan Deniz həyətin ön hissəsinə baxan pəncərini açır və gördüklərindən dəhşətə gəlir. Qazonun yerinə boş torpaq sahəsi var idi.

Soyğunçular hələ də tapılmır. Qonşuların ifadələrinə görə, onlar Tompsonların evlərinin qarşısında ağ yük avtomobili görmüşdülər, lakin buna heç bir əhəmiyyət verməmişdilər.

Qonşular yük maşınını yaşıllaşdırma idarəsinin işçiləri olduğunu düşünmüşdülər.

180 kiloqramlıq bürünc fil heykəli

2012-ci ilin mart ayında 180 kiloqram ağırlığı olan bürünc fil heykəli itir. Heykəlin yerini bilən insanlara 500 dollar mükafat təyin edilmişdi.

Bürünc heykəl Qarlenda şəhərinin qərb hissəsində yerləşən evin eyvanına bağlanılmışdı. Heykələ Bon Bon Babar adı verilmişdi. İstintaqın gedişatından heykəlin günün günorta çağında və ev sahiblərindən birinin evdə olduğu zaman oğurlandığı aşkar olunmuşdu. Müstəntiqlər oğruların heykəli qaldırıb başqa bir yerə apardıqlarını hesab edirlər.

Zərər çəkmiş ailə soyğunçulardan nə qisas almaq, nə də onların cəzalandırılmasını istəmir.

Onlar yalnız sevimli Bon Bon Babar adlı filin sağ-salamat qaytarılmasını istəyirlər.

Hava ilə doldurulmuş 160 kiloqram ağırlığında qorilla

Kaliforniyada yerləşən diler avtomobil salonlarının birində hava ilə doldurulmuş 160 kiloqramlıq qorilla itir. Heç kəs bu ağırlıqda olan bir əşyanın müəssisənin damından necə oğurlandığını başa düşə bilmirdi.

Qorilla «First Kia» avtomobil salonunun damından oğurlanmışdı. Küləkli havada primat şişirdi və onun havasını dəyişmək gərək idi. Salonun əməkdaşları onun havasını dəyişmək üçün dama çıxırlar və qorillanın yerində olmadığını görürlər. Menecerlər heç cür 160 kiloqram ağırlığında olan qorillanın necə oğurlandığını və soyğunçuların buna niyə ehtiyac duyduqlarını başa düşə bilmirdilər.

Müstəntiqlər bu soyğunçuluq işində bir neçə insanın iştirak etdiyini bəyan etmişdilər.

Canlı köpək balığı

2008-ci ildə Hempşir qraflılığın malikənələrinin birindən yarımcan mərmər köpək balığı oğurlanır. Balıq Böyük Britaniyadan məhz xüsusi olaraq bəslənməsi və artırılması üçün gətirilmişdi.

Köpək balığı Farnboroda bir həftədən çox saxlanılırdı. Heç kəs onun oğurlana biləcəyini düşünə bilməmişdi.

Balıq kərpicdən olan anqarda, xüsusi hovuzda yerləşdirilmişdi. Oğurlanmamışdan əvvəl o, dünyaya altı körpə balıq gətirmişdi.

Balığın sahibləri ana köpək balığının itməsi nəticəsində körpə balıqların stress keçirtdiklərini söyləmişdilər.

Yetkin mərmər köpək balığının bazar qiyməti 2500 funt (4000 dollar) təşkil edir. Əsas şübhəlilər Nyuman ailəsinin öz evlərində açdıqları su idman zalının ziyarətçiləri hesab edilir.

Yəqin ki, kiminsə körpə köpək balıqlarından xoşu gəlib və o, ekzotik İndoneziya balığına sahib olmaq üçün soyğun təşkil edib.

1000 yumurtadan olan papaq

Qreq da Silva evə gəlib 1000 yumurtadan hazırlanmış papağını görməyəndə dəhşətə gəlir. Soyğun Almaniyada baş vermişdi. Cənab da Silva xəstəxanada gün vurmasından müalicə olunarkən onun qeyri-adi papağını oğurlamışdılar. Zərər çəkmişin sözlərinə görə, itkini aşkar etdiyində onun bədənini dözülməz isti və zəiflik hissi bürümüşdü. Qreq da Silva komaya düşür və yalnız iki gündən sonra özünə gələ bilir.

Cənab da Silva bu gün ki günə qədər papağın oğurlanmasını həzm edə bilmir. O, Almaniya əhalisinin vicdanına güvənərək bir gün papağının qaytarılmasına ümid edir.

300 kanalizasiya lyuku

1990-cı ilin may ayında Los-Ancelesdə 300 ədəd kanalizasiya lyuklarının qapaqları oğurlanır. Bu qapaqların hər birinin ağırlığı 100 kiloqram təşkil edir. Soyğunçular oğurladıqları lyukları metalların təkrar emal edildiyi yerlərə verirlər. Polilslər onları yaxalaya bilirlər. Hər qapağa görə soyğunçular 6 dollar almışdılar.

Yadplanetlinin tam ölçülü modeli

1982-ci ildə Portsmudun (Böyük Britaniya) yaxınlığında Stiven Stilberqin “Yadplanetlilər” filminin ekranlara çıxmasından sonra məşhurlaşan yadplanetlinin modeli oğurlanmışdı. Manikeni Luiza adlı bir qadın hazırlamışdı. Onun hazırlanmasına qadın 2000 funt sterlinq (təxminən 3000 dollar) pul və 3 ay vaxt sərf etmişdi. Soyğunçular Lizanın evinə daxil olaraq, manikeni oğurlamışdılar.

Oğurlanmış yadplanetlinin modelini bir il ötdükdən sonra Portsmutun sahillərində tapırlar. Sahil mühafizəçiləri ilk olaraq oyuncağı insan cəsədi hesab etmişdilər.

Lakin ona yaxınlaşaraq yadplanetlinin məşhur modelini taniya bilmişdilər.


  •  
  •  
  •  
  •