Qəsəbələrdən şəhərə ekspress xətləri təşkil oluna bilər

“Biz əczaxanalar, karantin mərkəzləri, böyük marketləri nəzərə alaraq ekspress avtobus xətləri təşkil etmişik”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V. Kərimli deyib ki, qəsəbələrdən də şəhərə ekspress xətlərin təşkili üzərində düşünülür: “Müntəzəm xətlərin fəaliyyətində dəyişikliklər var. Bununla bağlı da ekspress xətlər fəaliyyətə başlaya bilər”.

V. Kərimli qeyd edib ki, ekspress xətlər metro istifadəçiləri üçün açılıb: “Ancaq ekspress xətlər sərnişinlərin Xətai metrosundan İçərişəhər stansiyasına getməsinə görə qurulmur. Bunu da nəzərə almaq lazımdır”.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları