Qətər əmiri Azərbaycana yeni səfir təyin edib

0

Qətər əmiri Şeyx Tamim bin Hamad əl-Tani Azərbaycana yeni səfir təyin edilməsi barədə qərar imzalayıb.

Report agentliyi “Gulf Times”a istinadən xəbər verir ki, Qətərin Bakıdakı diplomatik nümayəndəliyinin yeni rəhbəri Faysal Abdullah Hamad Abdullah əl-Henzab olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bununla yanaşı, əmir imzaladığı qərarla Kosta Rika, Türkmənistan və Argentinaya da yeni səfirlər təyin edib. Qərarlar ölkənin rəsmi bülletenində dərc edildiyi andan qüvvəyə minir.

Qeyd edək ki, 2016-cı ilin oktyabrından 2018-ci ilin iyun ayına qədər Qətərin Azərbaycandakı səfirliyinə Yusuf bin Hassen əl-Saai rəhbərlik edib.