26 C
Baku
Saturday, July 27, 2024

Qətər Çindən gələn turistlərə məhdudiyyətlər qoyub

Qətər Çindən gələn səyahətçilərdən COVID-19 testinin nəticəsini təqdim etmələrini tələb edəcək.

Məcburi koronavirus testi tələbi peyvənd statusundan asılı olmayaraq Çindən gələn bütün səyahətçilərə şamil ediləcək.

Test Çindən yola düşməzdən əvvəl 48 saat ərzində aparılmalıdır.

Daha əvvəl Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, COVID-19 səbəbilə Çin vətəndaşlarının digər ölkələrə girişinə artan beynəlxalq məhdudiyyətlər qəbuledilməzdir.

Son xəbərlər
Digər xəbərlər