28 C
Baku
Saturday, July 27, 2024

Qətər Qırmızı dəniz vasitəsilə LNG tədarükünü dayandırıb

ABŞ-nin Yəməndə husilərə aid hədəflərə qarşı hava hücumlarından sonra Qətər LNG tankerlərinin Bab əl-Məndəb boğazından daşınmasını dayandırıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, azı 5 LNG gəmisi yanvarın 12-dən etibarən Bab əl-Məndəb istiqamətində hərəkətini dayandırıb.

Bu, soyuq qışda Avropaya ən böyük LNG ixracatçılarından birinin tədarükünün kəsilməsi riskləri yarada bilər. Amma agentlik qeyd edib ki, Avropa təbii qazla kifayət qədər təchiz olunduğundan və sənaye tələbatı aşağı səviyyədə qaldığından yaxın gələcəkdə qıtlığın olması ehtimalı azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər