7 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Qətər və Azərbaycan arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılacaq

Azərbaycan və Qətər arasında bütün sahələrdə, xüsusən iqtisadi, ticari və investisiya sektorlarında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün böyük qarşılıqlı istək var”.

Bunu “Eurasia Diary”yə müsahibəsində Qətərin Azərbaycandakı səfiri Faisal bin Abdullah Al-Hanzab deyib.

O bildirib ki, mövcud imkanları araşdırmaq və qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mütəmadi görüşlər keçirmək üçün Qətər və Azərbaycan hökumətləri arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması nəzərdə tutulur:

“İnanırıq ki, bu arzu ümumi maraqların reallaşması və ölkələr arasında ticarət və investisiya dövriyyəsinin artması ilə nəticələnəcək. Xüsusilə hər iki ölkə əsasən neft və qaz sənayesinə əsaslanan iqtisadiyyatlarını şaxələndirməyə çalışır və bu sahədəki qiymətlər həmişə beynəlxalq vəziyyət tərəfindən idarə olunmur”.

Onun sözlərinə görə, pandemiya dövründə Qətər bir çox ölkəyə təcili tibbi yardım göndərib və beynəlxalq təşkilatların birgə səylərini dəstəkləyib: “Bu dövrdə Azərbaycan hökumətinin pandemiyaya qarşı mübarizə çərçivəsində ölkələrə və beynəlxalq təşkilatlara dəstəyi diqqətə layiqdir. Belə ki, Azərbaycan 13-dən çox ölkəyə humanitar yardım göndərib”.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər