15 C
Baku
Saturday, April 20, 2024

Qətərlə İranın yaxınlaşması neftin qiymətinə nə vəd edir?

Qətərin İranla gözlənilməz yaxınlığı nəticəsində 6 ərəb ölkəsinin rəsmi Doha ilə diplomatik münasibətlərini kəsməsi ilə başlayan Yaxın Şərq böhranı hələ ki, dünya bazarında nefti bahalaşdırmayıb, amma bunun baş verəcəyi, qiymətin kəskin artacağı istisna edilmir. 

Rusiya mətbuatına istinadən, hazırda münaqişədə iştirak edən ölkələr Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzrə məcmu hasilatının 53%-i təmin edir. Odur ki, münaqişənin kəskinləşməsi neftin qiymətinə mənfi təsir edə bilər.

Doğrudur, Qətər gündəlik ,6 mln. barel neft hasi edir və bu ölkənin əmtəə birjalarında vəziyyətə təsir imkanları məhduddur. Amma Qətər və İran dünya neft tədarükünün 30%-nin cəmləşdiyi Ormuz boğazına nəzarət edirlər və Qətər OPEC- tərk edə bilər.

Ekspertlər münaqişənin OPEC ölkələrinin neft hasilatının həcmini azaltmaq barədə Vyana (Avstriya) anlaşmasına mənfi təsir edəcəyinə inanmırlar. Onların fikrincə, OPEC ölkələri arasındakı belə gərgin münasibət çoxdan adiləşib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər