15 C
Baku
Sunday, November 24, 2024

“Qəbələ Aqropark”ın nizamnamə kapital 3 dəfə artırıldı

2022-ci ilin üçüncü rübündən rebrendinq edərək “Gilan Dairy Farms” MMC-dən “Qəbələ Aqropark” MMC-yə çevrilən şirkətin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 16 020 425 manat, yaxud 3 dəfə artırılmaqla 23 244 875 manata çatdırılıb.

Şirkət sentyabrdan rebrendinq etməklə yanaşı rəhbərliyi də dəyişdi. İndi şirkətə “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olan Sərdar Hacıyev rəhbərlik edir.

Aqropark hazırda “AZ FP CO” MMC-nin (Milla) portfelindədir.

Son xəbərlər
Digər xəbərlər