2 C
Baku
Saturday, December 14, 2024

“Qəbələ” klubu da xariclə valyuta əməliyyatlarına görə cərimələnir

“Gilan Holding”ə yaxın olan “Qəbələ İdman Klubu” MMC (Qəbələ FK) Mərkəzi Bank tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

“Qəbələ İdman Klubu” (VÖEN: 4400189281) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu bu gün Qəbələ Rayon Məhkəməsinə göndərilib. Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edək ki, “Qəbələ İ.K.” 2006-cı  ildə yaradılıb, 700 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər