Qəbələdə lavanda yağının istehsalı ilə məşğul olan “The Best Choice” MMC-yə 130 min AZN məbləğində güzəştli kredit ayrılıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, güzəştli kredit Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılıb.