Qəbələ Rayon İcra Hakimiyyəti “AVS-Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 48 Mənzilli 1(bir) yaşayış binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 2 milyon 881 min 288 manatdır.
Bildirək ki, “AVS-Təmir-Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ Ş, C.Cabbarlı, ev 15A ünvanında fəaliyyət göstərir. “AVS-Təmir-Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüqar Hacı Südef oğludur.