9 C
Baku
Sunday, November 17, 2024

Qəbələdəki hotellərdə xarici turistlərin sayı kəskin artıb: ilk yarım ildə ₼2.7 milyon mənfəət!

Qəbələ rayonundakı hotellərin gəlirləri keçən il ilə müqayisədə bu ilin ilk yarısında 16 faiz artımla 18 milyon 315 min manata çatıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Paytaxtdan sonra ikinci ən iri turist qəbul edən bu rayondakı hotellər keçən ilin eyni dövründə 15 milyon 816 min manat gəlir əldə etmişdi.

Hotellərin gəlirlərinin yüksəlməsindəki 16 faizlik dinamikaya rəğmən xərclər daha az – 6 faiz artıb. Belə ki, ilin ilk yarısında hotellər cəmi 15 milyon 652 min manat xərc ediblər.

Qəbələki hotellərin xərclərinin böyük hissəsini – 4 milyon 665 min manatını əməkhaqqı, 1 milyon 645 min manatını qida və içki, 1 milyon 38 min manatını bütün növ yanacaq, 1 milyon 297 min manatını isə büdcə və vergi xərcləri təşkil edib.

Beləliklə, hotellər ilin ilk yarısında 2 milyon 663 min manat mənfəət əldə edib. Keçən il mənfəət 995 min manat idi.

Qəbələdə hoteldə qalan yerli şəxslərin yerləşdirilməsi 2023-cü ilin ilk yarısında 32 980 nəfər olarkən, cari ildə bu rəqəm 25 342 nəfərə düşüb. Xaricdən gələn turistlərin sayı isə ötən ilin müvafiq dövründə 26 608 nəfərdən 41 734 nəfərə yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Ümumilikdə, rayonun hotelləri 67 076 turist qəbul edib. Məsələn, bu rəqəm keçən ilin ilk yarısında 59 588 nəfər idi.

Ən çox əcnəbi isə Hindistandandır. Siyahını təqdim edirik:

324

.

Son xəbərlər
Digər xəbərlər