10 C
Baku
Thursday, December 12, 2024

Qəbələdəki restoranın gigiyenik qaydalara əməl etmədiyi aşkarlanıb – Fotolar

Qəbələnin Qəmərvan kəndində Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı,  həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub.

AQTA-dan bildirilir ki, müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

165961159332sssgsg jpg

1659611602qr tr tt jpg

1659611610asasadad jpg

Son xəbərlər
Digər xəbərlər