6 C
Baku
Wednesday, January 15, 2025

Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılması ilə bağlı dəyişiklik edilib

Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib.

Nazirlər Kabineti bununla bağlı “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılıb. İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər