Nadir hallarda biznes məktəblər seçim mərhələsini keçməyən namizədlərlə görüş təşkil edirlər. Lakin bəzi biznes məktəblər bu cür görüşlər təşkil edirlər.
Əgər siz bu il biznes məktəbə qəbul ola bilməmisinizsə, belə görüşlərdən yararlanmağa çalışın.
Çünki:
1) Siz öz üzərinizdə çalışmaq istədiyinizi göstərmiş olacaqsınız
Görüşə gəldiyiniz halda siz öz çatışmayan cəhətlərinizi öyrənmək və onları dəf etmək (həmçinin qəbul olmaq üçün təkrarən namizədliyinizi irəli sürmək) istəyinizi nümayiş etdirmiş olacaqsınız.
Əgər siz həqiqətən də növbəti il həmin biznes məktəbə sənədlərinizi verəcəksinizsə, biznes məktəb sizin seçim mərhələsini keçməmiş namizədlər üçün görüşdə iştirak etdiyinizi nəzərə alacaq.
2) Siz “ilk əldən” məlumat alacaqsınız
Sizin üçün sənəd paketinizin müsbət və mənfi tərəfləri haqqında biləvasitə biznes məktəbin əməkdaşlarından məlumat almaq daha faydalı olacaq. Bəlkə də görüşdə sizə sizin daha öncə fikir vermədiyiniz çatışmayan cəhəti göstərəcəklər.
3) Siz təşəbbüsünüzü nümayiş etdirəcəksiniz
Binzes məktəbin təklifini qəbul etdikdə siz məhz namizəd olduğunuz MBA proqramı haqqında maraqlandığınızı və qərarlı olduğunuzu göstərəcəksiniz.
Təkrar qəbul olarkən hər kəs bu cür imkanlardan yararlana bilmir, buna görə sizin təşəbbüslüyünüz sizi digər namizədlər arasında fərqləndirəcək.
4) Siz qəbul komissiyasının üzvü ilə tanış olacaqsınız
Seçim mərhələsini keçməyən namizədlər üçün təşkil olunan görüşdə siz qəbul komissiyasının üzvü ilə yaxından tanış ola biləcəksiniz. Əgər biznes məktəbin əməkdaşı sizə dəyərli məsləhətlərlə yardım edibsə, mütləq elektron məktub göndərərək ona öz təşəkkürünüzü bildirin.
Yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı siz biznes məktəblərin seçim mərhələsində keçməyən tələbələr üçün təşkil etdiyi görüşlərdə iştirak etməlisiniz. Əgər sizn seçdiyiniz ali təhsil müəssisəsi bu cür görüşlər təşkil etmirsə, siz digər mənbələrə də müraciət edə bilərsiniz.