11 C
Baku
Tuesday, November 5, 2024

Qəddar həqiqətlər

Bu məqalədə sizə təqdim edəcəklərimiz sizdə dəhşət, narahatlıq, etiraz hissləri yaradacaq, lakin həm də yazdıqlarımızın həqiqət olduğunu anlayacaqsınız. Və oxuyacaqlarınız sizi dəyişə, daha yaxşı, faydalı və uğurlu ola bilməyə kömək edəcək. 

Əgər siz  karyerada sürətli irəliləyirsinizsə, maraqlı şəxsi həyatınız və xoşbəxt münasibətləriniz varsa, bu məqaləni oxumaya bilərsiniz. Bu məqalə sənin üçün deyil, əziz dost. Biz hamımız səninlə fəxr edirik.

6. Dünyanı yalnız sizdən ala biləcəkləri maraqlandırır.

Gəlin belə təsəvvür edək ki, sizin dünyada hər kəsdən çox sevdiyiniz insanı elə bu anda güllələyirlər. O, qan içində yerdə uzanıb və qışqırır. Sizə bir oğlan yanaşır və deyir:

«Çəkilin». O, sizin sevdiyiniz şəxsin yarasına baxır və cibindən bıçaq çıxardaraq yaralananı küçənin ortasında əməliyyat etməyə hazırlaşır.

Siz soruşursunuz: «Siz həkimsiniz?»

O, cavab verir: «Xeyr».

Siz soruşursuniz: «Amma sən nə edəcəyini bilirsən, düzdü?»

Bu an həmin oğlan əsəbiləşir. O, yaxşı, dürüst və daim vaxtında gəldiyini deyir. Həmçinin o, yaxşı övlad olduğunu, həyatında çoxlu hobbilərinin olduğunu bildirir və heç vaxt qeyri- etik sözlərdən istifadə etmədiyi ilə fəxr etdiyini  söyləyir.

Siz çaşırsınız: «Mənim sevdiyimin küçənin ortasında qan içində uzandığı halda bunların hamısının nə aidiyyatı var?! Mənə güllə yaralarını əməliyyat etməyi bacaran bir şəxs lazımdır! Sən bacarırsan, ya yox?!»

Və gənc oğlan etiraz etməyə başlayır: sən niyə belə eqoistsən? Sənin onun fərqli cəhətləri maraqlandırmır? Sən eşitmədin o, sənə nə dedi? O, hər zaman sevdiyi şəxslərin ad günlərini xatırlayır. Və bunların fonunda onu əməliyyat edə bilib bilməməyi həqiqətənmi bu qədər əhəmiyyətlidir?

Bu anda siz yerinizdən hoppanacaqsınız, oğlanı çiyinlərindən tutacaqsınız və qışqıracaqsınız: «Dediklərindən heç birinin bir əhəmiyyəti yoxdur. Bu xüsusi haldır və mənə qanaxmanı dayandıra bilən bir insan lazımdır».

Siz hər gün belə dəhşətli hadisə içində olursunuz. Siz əlində bıçaq olan həmin oğlanın yerindəsiniz, cəmiyyət isə güllə vurma nəticəsində qan içində qalan həmin yaralı şəxsdir.

Əgər siz cəmiyyətin nəyə görə sizdən qaçdığını və yaxud sizə nəyə görə hörmət etmədiyini bilmək istəyirsinizsə, bunun səbəbi cəmiyyətin nələrsə istəyən insanlarla dolu olmasındadır. Onlara tikilmiş evlər, qida, əyləncə lazımdır. Siz isə əlinizdə bıçaq ilə fövqal hadisə yerinə gəlmisiniz və bu cəmiyyətin bir parçası olursunuz.

Siz ya «insanların tələblərinə qulaq asacaqsınız» və bacarıqlar əldə edəcəksiniz və yaxud dünya sizi tapdalayacaq.

5. Hippilər səhv edirdilər.

Kino tarixində möhtəşəm bir səhnə. Glengarry Glenn Ross kino şedevrində Alek Bolduinin nitqi. Sizin pis qəbul etdiyiniz Bolduin personajı gənc oğlanlarla dolu olan otağa müraciət edir və əgər onlar satış planını yerinə yetirməsələr, qovulacaqlarını deyir:

“Yaxşı oğlandı? Məni bu maraqlandırmır. Çox yaxşı bir atadır? Bizi bu da maraqlandırmır. Get evinə və öz uşaqlarınla oyna. Əgər siz burada işləmək istəyirsinizsə, planı yerinə yetirəcəksiniz”.

Bu çox qəddar və kobuddur, lakin bundan savayı bu dünyanın səndən nə gözlədiyi haqqında dürüst və dəqiq ifadədir. Fərq yalnız real həyatda insanların bizimlə belə danışmamasındadır.

Əgər siz də həmin otaqda olsaydınız, bəziləriniz bunu iş prosesi kimi qəbul edəcəkdiniz, digərləriniz isə bunu öz adınıza götürərək etiraz edib müdirinizi lənətləyəcəkdiniz.

4. Sizin etdikləriniz sizə pul gətirməyə məcbur deyillər. Onlar insanlara faydalı olmalıdırlar.
Sən ağıllısan? Zarafatcılsan? İstedadlısan? Yaradıcısan?

Bəs sən bu xüsusiyyətlərini dünyaya nümayiş etdirmək üçün nə edirsən? Sənin yaxşı insan olmağın kifayət deyil.

3. Sən heç nə etmədiyin üçün özünə nifrət edirsən.

Və? Sən necə münasibət qurmaq olar haqqında kitab oxuduğunu deyirsən?

Lakin əgər bu kitabda ilk addım «Qızın yanında görmək istədiyi oğlan olun».

Bu addım heç vaxt nəzərə alınmır. Biz hər zaman «Mən necə iş tapım?», -deyə düşünürük. «Bütün işə götürənlərin görmək  istədiyi işçi kimi necə olum?», – deyə isə heç vaxt fikirləşmirik.

Hər zaman: «Mən necə edim ki, gözəl qızların xoşuna gəlim?» Heç vaxt: «Mən gözəl qızların xoşuna gəldiyi oğlanlar kimi necə olum?»

Sizin özünüzə verdiyiniz suallar sizdən öz xarici görüşünüzü, hətta şəxsiyyətinizi və daha nələri dəyişməyi tələb edir.

Sən özünə sual verirsən: «Niyə məni mən olduğum kimi sevən insanı tapa bilmirəm?»

Cavab: Çünki insanlara çox şey lazımdır. Yaralı şəxs qan içində uzanıb və sənin edə biləcəyin yeganə şey ona baxıb üzülməkdir və nəyə görə dünyada özü- özünə sağalan güllə yaraları olmadığı haqqında düşünməkdir.

«Lakin mən hər şeydə uğurlu deyiləm!». Təkrara çoxlu vaxt sərf etmək lazımdır və siz bir çox şeydə uğurlu ola bilərsiniz. Bacarıqların əldə edilməsinə vaxt sərf etmək xoşunuza gəlmir? Bunun həm mənfi, həm də müsbət tərəfləri var.

Müsbət: bu cür fədakar yanaşma sizə öz qabığınızdan çıxmağa kömək edəcək. İnsanlar bəzi illəri yarımçıq buraxırlar, çünki nəticələr dərhal hiss olunmurlar, çünki onlar prosesin də bir nəticə olduğunu təsəvvür edə bilmirlər.

Mənfi: sizin seçiminiz yoxdur. Əgər siz burada çalışmaq istəyirsinizsə, planı yerinə yetirin.

2. Sizin daxilinizdəkilər yalnız sizi nələrsə etməyə məcbur etdiyində vacib hesab olunurlar.

Bir çox şöhrətpərəst insanlar var. Onlar özlərini yazıçı hesab edirlər. Onlar bunu öz daxillərində hiss edirlər. Onlar yazıçı ürəkləri var. Belə insanların nəzərdən buraxdıqları yeganə nüans isə onların əsərlərinin həqiqətən harada olmasıdır. Lakin bunun həqiqətənmi bir əhəmiyyəti var?

Yazılmış olan hər şey kimin yazıçı olub, kiminsə olmadığını təyin etmək üçün yeganə vacib amildir.

Siz daxilinizdə hər şeysiniz. Pis əməllərinizin hər birinin səbəbi sizin beyninizdə hansısa fikrin sizi buna vadar etməsindədir. İstənilən yaxşı əməl də bu prinsip ilə törədilir.

Sizin daxilinizdə kim olmağınız vacibdir.

1. Sizin daxilinizdə hər bir şey inkişaf ilə mübarizə aparacaq.
İnsan şüuru bir möcüzədir. Və siz onun fəaliyyətini ən yaxşı onun vacibi dəyişiliklərlə mübarizə apardığı an görəcəksiniz. Sizin psixologiyanız müdafiə mexanizmləri ilə təchiz olunub. Bu mexanizmlər öyrəşdiyiniz hər şeyin yeri dəyişildikdə işə düşürlər.

Hətta bu an bu məqaləni oxuyanlarda beyinlərinin məqaləni necə avtomatik bombalamasını və onu qəbul etmək istəmədiyini hiss edir.

Bombalama bu formada baş tuta bilər:

– Hər bir tənqidi təhqir kimi başa düşmək.

«O kimdir ki, məni tənbəl və faydasız adlandırır! Yaxşı insan mənimlə belə danışmazdı! O, bunları məndən üstün olduğunu düşünmək üçün yazıb!»

– Danışanın nə danışdığına deyil, kim olduğunu diqqət yetirmək.

– Öz tarixini dəyişmək.

«Hər şey o qədər də pis deyil! Mən keçən ay intihar etmək istədiyimi bilirəm, lakin bu ay mən artıq özümü yaxşı hiss edirəm!»

– Özündə dəyişiklik etmək özünə xəyanət etmək deməkdir düşüncəsində əminlik.

Yadda saxlayın, əzab çəkmək rahatdır. Buna görə bir çox insanlar dəyişməyə deyil, əzab çəkməyə davam etməyə üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər