7 C
Baku
Thursday, December 12, 2024

Qədim Yunanıstanda bank fəaliyyətinin yaranması

Yunanıstanda ilk bank işi bizim e. ə. IV minillikdə inkişaf edib. Biz bank işi ilə məşğul olan şəxslərin müxtəlif adları ilə qarşılaşırıq. Trapezitorlar (Τραπεζίται от Τράπεζα – masa, italyan dilindəki bancerio sözünə bənzəyir, banco-dəzgah mənasını verir) hər il investorlara ödəniş etmək şərti ilə saxlamağa investisiya qəbul edirdilər. Həmçinin onlara saxlanılmağa vacib sənədlər, müqavilələr, mübahisəli məbləğlər verilirdi.

Trapezitorlar bəzən podratçılar üçün müqavilələr tərtib edirdilər. Digər kiçik məbləğlərlə mübadilə və sikkə çeşidləyicilər isə χόλλυβιαταί, həmçinin χερματισταί adlarını daşıyırdılar. Onlar sikkələrin dəyərini qiymətləndirən mütəxəssislər idi. Nəhayət uzun müddətə zamin altında kiçik məbləğlər və yaxud sənayə müəssisələrinə əhəmiyyətli kapitallar verən kreditorlar δανεισταί, τοχισταί, χρησταί deyə adlanırdılar. Onların məşğuliyyəti sərfəli idi. Çünki ölçü artımı qanunlaşdırılmamışdı və 12-18% arasında dəyişirdi, ən içik faiz-10%, ən yüksək faiz isə 36% təşkil edirdi. Daha sonralar yunan bankirləri yalnız şəxsi kapitallara deyil, həmçinin üçüncü şəxslərin investisiyaları ilə əməliyyat etməyə başlayırlar.

Çünki qədim zamanlarda təhlükəsizliyin təmin olunmadığı səbəbindən fiziki şəxlər nadir hallarda öz evlərində böyük məbləğlər saxlayırdılar. Bankirlər onlara təslim edilmiş kapitalları əmlakların, qulların, evlərin, torpaqları girov qoyulduqları halda verirdilər. Daşınmaz əmlak isə bəzən kreditorların mülkiyyətinə keçirdi. Afinada gəmilərdə yerləşən ticari yüklərin və gəmilərin girovu qarşılığında kredit verilməsi çox yayılmışdı. Transfer əməliyyatının yunanlara məlum olması διαγράφειν – köçürmək- sözünün “ödəmək” , yəni bir şəxsin hesabından digər şəxsin hesabına pul köçürmək vasitəsi ilə ödəniş etmək, mənasını qazanması ilə sübüt olunur. Yunan bank mühasibatı barəsində biz ətraflı məlumatlara sahib deyilik. Qanun layihəsinin mövcudluğu bu gün ki, gün də mübahisəli sayılır. Lakin yunanlara ödəniş üçün bankirlərə müraciət edilmiş kredit məktublarının məlum olduğu təsdiq edilib.

Özəl bankların ən güclü rəqibləri böyük sərvətləri olan qədim yunan məbədləri idi. Məsələn, Delfiya, Efess, Delos və Samos ziyarətgahları nisbətən kiçik faizlər altında (delos kreditinin 5 illik faizinin 10% təşkil etdiyi məlumdur) öz məbədlərinin xəzinələrindən həm fiziki şəxslərə, həm də sənayə müəssisələrinə böyük məbləğdə kreditlər verirdilər. Məbəd xəzinələrinin toxunulmazlığı onlara fiziki şəxslərin, hökmdarların, şəhərlərin investisiya yatırmalarına səbəbkar olurdu.

Məbədlərin onlara yatırılmış investisiyaları dövriyyəyə buraxması və hər hansı bir faiz ödəməsi bizə məlum deyil. Dövlətin bank işlərinə müdaxiləsi və yaxud bir bankir tərəfindən digər yerli bank sənayəsinin monopoliyasına dövlət tərəfindən icazə verilməsi halları da bizə məlum deyil. Bizansda baş vermş hadisə istisna təşkil edir. Lakin bəziləri -δημοσία τράπεζα- ifadəsinə əsaslanaraq Yunanıstanda Dövlət Bankının mövcudluğunu qəbul edirlər. Amma heç kəs dəqiqliklə bunun dövlət xəzinəsinin hesabi təşkilatının müəyyənləşdirməsi üçün istifadə olunmasını və yaxud müasir dövlət B-nin (Byuksnşus “Besitz nd Erwerb im griechischen Alterthum” , 1869 ) bir oxşarı olduğunu deyə bilməz.

Bizə e. ə . II əsrdə Misirdə, Ptolemeyin hökmranlığı vaxtlarında dövlət B-sına oxşar bir təşkilatın mövcudluğu məlumdur. Fivlərdə, Böyük Diyespolisdə, Hermontisdə, Memfisdə və Siyenada trapezitorların idarə etdiyi “kral B.” lar mövcud idi. Onlara dövlət tərəfindən yığılmış müxtəlif vergilər, dövlət fabriklərindən gəlirlər daxil edilirdilər. Və “kral B.”lar dövlət hesabına müxtəlif ödənişlər edirdilər. Məsələn, əsgərlərə maaş verirdilər.

Son xəbərlər
Digər xəbərlər