26 C
Baku
Thursday, August 21, 2025

Qəhvə bahalaşsa da, Azərbaycana xaricdən idxalı yüksəlib

2025-ci ilin ilk yarımilində Azərbaycana idxal olunan qəhvənin bir tonunun qiyməti 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım göstərib.

Banker.az xəbər verir ki, qovrulmamış kofeinli qəhvənin qiyməti bir tonun orta idxal 5 955 dollardan 9 259 dollara yüksələrək təxminən 55% bahalaşıb.

Qovrulmamış kofeinsiz qəhvə də 8 000 dollardan 12 659 dollara qalxaraq 58%-ə yaxın artım nümayiş etdirib.

Qovrulmuş kofeinli qəhvənin tonu 11 801 dollardan 13 641 dollara yüksəlib ki, bu da təxminən 15% bahalaşma deməkdir.

Hazırda Dövlət Statistika Komitəsindən istehlak qiymətləri indeksinin komponenində yer alan tez həll olunan 100 qramlıq tez həll olunan kofenin qiyməti son bir ildə 7.14 manatdan 7.85 manata qalxıb.

Qeyd edək ki, qlobal qəhvə qiymətlərinin artmasının əsas səbəbləri arasında iqlim dəyişiklikləri və nəticə etibarilə azalan məhsul, davamlı tələbat, anbarların bərpası üçün uzun zaman tələb olunması, tariflərin yaratdığı əlavə xərclər və bu artımın istehlakçılara keçməsində gecikmələr yer alır. Braziliya və Vyetnamda davam edən mənfi iqlim şəraiti—quraqlıqlar və ekstremal hava dəyişiklikləri—yetişdirmə problemlərinə yol açaraq qlobal təchizatı məhdudlaşdırıb.

Bu, spot bazarda qiymətləri rekord səviyyələrə çatdırıb. Məsələn, 2025-ci ilin yanvarında ICE bazarında arabica qəhvənin bir funt üçün qiyməti $3,66 səviyyəsindən yuxarı çıxıb.

(1 kiloqram təqribən 2.21 funta bərabərdir)

2025-ci ilin ilk yarımilində Azərbaycana idxal olunan qəhvənin həcmi və dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Qovrulmamış kofeinli qəhvə idxalı 107,42 tondan 120,43 tona yüksəlib, dəyəri isə 639,66 min dollardan 1 milyon115,02 min dollara qalxıb. Qovrulmamış, kofeinsiz qəhvə üzrə idxal 0,74 tondan 0,88 tona, dəyəri isə 5,92 min dollardan 11,14 min dollara artıb. Qovrulmuş, kofeinli qəhvənin idxalı 159,31 tondan 166,31 tona, dəyəri isə 1,88 milyon dollardan 2,27 milyon dollara yüksəlib. Qovrulmuş, kofeinsiz qəhvənin idxalı isə 1,24 tondan 2,15 tona, dəyəri 26,85 min dollardan 36,55 min dollara çatıb.

Son xəbərlər
Digər xəbərlər